Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib. 1 nəqliyyat vasitəsi və 17 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş 17 kiçik dövlət müəssisə və obyektindən 5-i paytaxtda, 2-si Sumqayıtda, 1-i Yevlaxda, 1-i Cəlilabadda, 2-si Şəkidə, 2-si Gəncədə, 1-i Kürdəmirdə, 1-i İsmayıllıda, 1-i Qobustanda, 1-i Mingəçevirdə yerləşir. Bu əmlakların 4-ü ticarət obyekti olub, 10-u xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. 

Qeyd edək ki, növbəti belə hərrac 8 noyabrda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.