
Dağıstanda qeydə alınan zəlzələ Azərbaycanda da hiss olunub.
Bu barədə Respublika Seismoloji Xidmət Mərkəzi məlumat yayıb.
Mərkəzin Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.