Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 51 nəfər yaralanıb.

Bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ölənlər arasında 15 polis əməkdaşı da var. Onlardan əlavə beş mülki şəxs terrorçuların qurbanı olub. Daha beş nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, 13 yaralının vəziyyəti ağırdır.

İstinadlar Report