
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev İsraillə möhkəm dostluq münasibətlərinin əsasını qoyub.
Bunu Akko şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Nehemiya Şirin Mikaeli Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Heydər Əliyevin siyasəti sayəsində yəhudi xalqı Azərbaycanda xoşbəxt və təhlükəsiz mühitdə yaşayır.
“Heydər Əliyevin varisi, Azərbaycan Prezidenti İlham Əliyev onun siyasi kursunu davam etdirərək iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirir. Azərbaycan İsrailin yaxın və etibarlı dostudur. Bu fikri Azərbaycan torpağında olmuş hər bir yəhudinin dilindən eşitmək olar”, – sədr qeyd edib.