Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da ölən uşaqların sayı 6-ya çatıb.

Bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Müşaviri Mariya Lvova-Belova deyib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.

İstinadlar Report