ABŞ-ın “Crew Dragon” kosmik gəmisi NASA-nın iki astronavtı ilə Beynəlxalq Kosmik Stansiyaya doğru uçuşa başlayıb.

Kosmik gəminin işə salınması “SpaceX” şirkətinin saytında translyasiya edilib.

Kosmik gəmidəki NASA astronavtları Daqlas Xyorli və Robert Benkendir.

Start ikinci cəhddən sonra olub. Əvvəlcə uçuş mayın 27-ə planlaşdırılıb, amma əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

İstinadlar Report