Cənub Qaz Dəhlizi (CQD) qaz kəmərləri sisteminin bir hissəsində cari təmir işləri ilə əlaqədar Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarükü 5-9 avqust tarixlərində məhdudlaşdırılacaq.

“2024-cü il avqustun 5-dən 9-dək İGB-yə qədər qaz nəqli sistemlərində planlaşdırılan texniki xidmətlə əlaqədar Komotini – TAP giriş nöqtəsində kəmənə daxil olan qazın həcmi azala bilər”, – məlumatda bildirilib.

Bu, həmçinin digər qaz nəqli sistemləri ilə birləşmə nöqtələrində də ICGB-nin tutumunun istifadəsinə təsir göstərə bilər.

“ICGB sistemi və onun gücü tamamilə əlçatandır”, – məlumatda qeyd olunub.

Daha əvvəl bildirilib ki, 5-9 avqust tarixlərində qaz kəmərləri şəbəkəsinin yuxarı hissəsində (TAP-a qədər) CQD boyunca planlaşdırılan texniki xidmət işləri ilə əlaqədar Trans-Adriatik qaz boru kəməri ilə Azərbaycan qazının tədarükü azaldılacaq.

Bundan başqa, BP şirkəti ixrac qaz kəmərlərində planlaşdırılan profilaktik işlərlə əlaqədar avqustun 5-dən 9-na qədər “Şahdəniz” yatağında qaz hasilatını tələb olunan səviyyəyə qədər azaldacaq.

İstinadlar Report