Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel (Jozep Borrel) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə birlikdə bu gündən iyulun 11-dək NATO Sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək.
Bu barədə Avropa İttifaqı məlumat yayıb.
Bildirilib ki, Borrel Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen adından Sammitdə iştirak edəcək. Bu gün o, NATO-nun 75-ci ildönümü ilə bağlı tədbirə qatılacaq, həmçinin müdafiə sənayesindən müxtəlif maraqlı tərəfləri bir yerə toplayan Aİ Müdafiə gecəsində çıxış edəcək.