ABŞ prezidenti Cozef Bayden dünyanı bəşəriyyəti gözləyən növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

“Yenə pandemiya olacaq. Və ona hazırlaşmaq lazımdır”, – Amerika lideri deyib.

O, həmçinin qeyd edib ki, pandemiyalar aktual məsələ kimi çıxış edir, hansıların ki, Amerika administrasiyası üzərində diqqətlə işləməlidir. Eyni zamanda Cozef Bayden söhbətin hansı epidemiyadan getdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, COVID-19 pandemiyası dövründə dünyada koronavirusa 138 milyondan çox insan yoluxub, demək olar, üç milyon pasiyent ölüb. ABŞ dünyada virusun yayılması üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda koronavirusa 32 milyon yoluxma, 577 min ölüm təsdiqlənib.