ABŞ Prezidenti Cozef Bayden Baş Assambleyanın 76-cı sessiyasındakı çıxışında Birləşmiş Ştatlarla BMT-ni dəyişik salıb.

Məlumatı “Sky News” yayıb.

“ABŞ demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə edəcək. Mən bütün insanların universal hüquqlarına inanıram, bu, millətimizin DNT-sindədir, ən əsası, bu təşkilata – ABŞ-a xasdır”, – C.Bayden bildirib.

O, bununla da çıxışı oxuyan zaman “United States of America”nı – ABŞ-ı “United Nations” – BMT sözlərindəki “united” sözü ilə qarışıq salıb.

Bildirilib ki, ABŞ Prezidenti bundan əvvəl “Taliban” liderləri ilə təmas saxlamasından danışarkən Dohanın yerinə Kabil işlətmişdi: “Kabildə “Taliban” liderləri ilə daim əlaqə saxlayırıq”.

İstinadlar Report