ABŞ prezidenti Cozef Bayden oktyabrın sonlarında “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinə yola düşəcək.

Bayden İtaliyanın paytaxtı Romada keçiriləcək sammitdə iştirak edəcək və bundan sonra BMT-nin iqlim dəyişikliyi üzrə sammitində iştirak üçün Şotlandiyanın Qlazqo şəhərinə yola düşəcək.

Ağ Evdən bildirilib ki, Bayden bu prosesdə anlayışa nail olmaq və dinamikanı saxlamaq üçün oktyabrın sonlarında Fransa prezidenti Emmanuel Makronla görüşəcək.

İstinadlar Report