Ağ Evin rəhbəri Cozef Bayden ABŞ-ın baş infeksionisti Entoni Fauçini Birləşmiş Ştatların “əsl prezidenti” adlandırıb.

Qeyd edilir ki, o, hökumətin pandemiya ilə mübarizə üçün yeni strategiyası ilə bağlı çıxışı zamanı zarafat edib.

Baydenin sözlərinə görə, Fauçi Ağ Evin işlərinə o qədər cəlb edilib ki, bəzən adama elə gəlir ki, o, əsl prezidentdir.

“Həkim Fauçini həyat yoldaşımdan tez-tez görürdüm, bir-birimizə zarafat edirik. Baxın, prezident kimdir? Fauçi!” – Amerika lideri deyib.

İstinadlar Report