Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştammının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə televiziya aparıcısı Klark Qeydford ilə toyunu təxirə salıb.

“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” – deyə Baş nazir qeyd edib.