Səhiyyə Nazirliyi COVID-19 testlərinin cavablarının fərqli olması ilə bağlı yaranan suallara aydınlıq gətirib. 

Bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov canlı yayımda çıxışı zamanı deyib ki, COVID-19 testinin pozitiv çıxması birmənalı olaraq xəstəliyin diaqnozunu təsdiqləyir:

“Amma biz bilirik ki, xəstəliyin sonrakı günlərində, ən azı ikinci həftədə proses ağciyərlərə enir və biz oradan yaxma  götürməliyik. Bu isə intubasiya və ya bronxoskopiya olunan xəstələrdə mümkün olur. Bu zaman yuxarı tənəffüs orqanlarından yaxmanın götürülməsi neqativ nəticə verə bilər. Bəzən də götürülmüş analizin düzgün yoxlanılması, dərindən götürülməsi məsələsi var. Belə olan hallarda isə mənfi nəticələr qaçılmazdır”. 

T. Eyvazov əlavə edib ki, bəzən müxtəlif cavabların əldə edilməsi ilə bağlı şikayətlər olur: “Ümumiyyətlə, tibbdə 100 faizli nəticə yoxdur. Bu testlərin doğruluğu 70-80 faizdir, yalançı nəticələr də ola bilər. ÜST tərəfindən də təsdiqlənən əsas üsul PCR testidir. Yəni, artıq virus aşağı tənəffüs orqanlarına düşübsə, PCR yaxmanın neqativ, seroloji müayinənin nəticəsinin isə pozitiv çıxması normaldır”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo