Braziliyada son bir gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayına görə növbəti ən yüksək göstərici qeydə alınıb. Belə ki, son 24 saat ərzində COVID-19 infeksiyasına 26 928 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da koronavirusa yoluxanların sayı 465 166 nəfərə çatıb.

Bundan başqa, ötən sutka ərzində Braziliyada daha 1 124 nəfər COVID-19 xəstəliyindən həyatını itirib.

Ölkə üzrə müalicə alan 27 878 xəstə vəfat edib, 190 minə yaxın pasiyent isə sağalıb.