Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin Londondakı evi satışa çıxarılıb.

Malikanənin dəyəri 19,5 milyon funt-sterlinqdir.

Məlumata görə, ev Kensinqtonda və Hyde Park da daxil olmaqla görməli yerlərin yaxınlığında yerləşir.

Çörçil 1946-cı ildə “27 Hyde Park Gate”dəki bu tarixi evi təxminən 311 min dollara alıb.

O, 1945-ci il seçkilərində uduzduqdan sonra malikanəni ofis kimi istifadə etsə də, daha sonra yaşayış evi halına gətirib.

Dörd mərtəbədən ibarət mülkün altı yataq otağı var. Birinci mərtəbədə xüsusi dizayn edilmiş qonaq otağı və kitabxana yerləşir.

Xatırladaq ki, Çörçil iki dəfə – 1940-45 və 1951-55-ci illərdə Böyük Britaniyanın baş naziri olub.








İstinadlar Qafqazinfo