Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.

Bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

Conson danışıq zamanı Rusiyaya maksimum iqtisadi təzyiq göstərməyə davam etmək ehtiyacını vurğulayıb.

Onun sözlərinə görə, Avropada enerji təhlükəsizliyi və daxili sabitliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.

İstinadlar Report