“Konqres Kiyevə yardımla bağlı əlavə vəsaiti təsdiqləmədən ABŞ administrasiyası üçün Ukraynaya ehtiyac duyduğu hərbi dəstəyi təmin etmək olduqca çətin olacaq”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Dünən dediyim kimi, biz hiss edirik ki, təqvim ilinin sonuna, yəni bu ayın sonu yaxınlaşdıqca, ukraynalıların ehtiyac duyduğu səviyyədə təhlükəsizlik yardımı göstərmək bizim üçün çox çətin olacaq.

İstinadlar Report