Xəbər verdiyimiz kimi, Türkiyənin “CNN Türk” kanalında yayımlanan “5N1K” proqramının aparıcısı Cüneyt Özdəmir cəbhə xəttindən  xüsusi veriliş hazırlayıb. Verilişdə Azərbaycan əsgərlərinin yüksək hərbi hazırlığı və Azərbaycan torpaqlarını işğaldan azad etmək əzmi əksini tapıb.

Proqramda millət vəkili Adil Əliyev, Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, hüquq müdafiəçisi Əhməd Şahidov erməni separatçılarının cəbhə xəttindəki son təxribatları haqda məlumat veriblər.

Verilişi tam formatda təqdim edirik.