Azərbaycan Ordusunun qısamüddətli müharibədə qələbə qazanması bizlərlə yanaşı qardaş ölkəni də sevindirib. Müharibə başlayan andan Türkiyənin əksər televiziya və internet mediası təmas xəttinə axın edərək ordumuzun qələbəsini, 24 il sonra işğaldan azad edilən torpağımızda üçrəngli bayrağımızın dalğalanmasını, Azərbaycan xalqının qələbə arzusu ilə yaşadığını bütün türk dünyasını çatdırdı.

NTV kanalından sonra əsgərlərimizin budəfəki qonağı “CNN Türk” kanalının əməkdaşları olub. Sərhəddə gedən “5N1K” proqramının aparıcısı Cüneyt Özdəmir xüsusi veriliş hazırlayıb.

Verilişdə Azərbaycan əsgərlərinin yüksək hərbi hazırlığı və torpaqlarını işğaldan azad etmək istəyi əksini tapıb. Veriliş bazar günü saat 21.00-da “CNN Türk” kanalında yayımlanacaq.