ABŞ-nin Ukraynaya yardımı ehtivan edən yeni qanun layihəsi martın sonunda və ya apreldə hazırlana bilər.
Bu barədə CNN yazıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bu məsələ ilə bağlı yeni ikipartiyalı qanun layihəsi hazırlayan bir qrup respublikaçı ilə görüşüb. Kiyevə (eləcə də ABŞ-nin digər tərəfdaşlarına) yardımın və Meksika ilə sərhədin möhkəmləndirilməsi tələblərinin daxil edilməsi planlaşdırılır.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol sənədin yekunlaşdırılmasında “aparıcı rol” oynayacaq.
Ancaq nəşr qeyd edib ki, “Conson hələ planla bağlı mövqe tutmayıb və ya ona səs verməyi öhdəsinə götürməyib”.