ABŞ Gizli Xidməti damından keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinin edildiyi binaya baxış keçirməyibmiş.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Gizli Xidmət binanın təhlükəsizliyini yerli hüquq-mühafizə orqanlarına həvalə edib, burada bir zabitin vəzifə yerinə yetirməsi nəzərdə tutulurdu.

Gizli Xidmət Trampın mitinqindən bir neçə gün öncə bu binanın damını eks-prezidentin təhlükəsizliyinin təmin edilməsində potensial zəiflik nöqtəsi kimi qeyd etsə də, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri sui-qəsd cəhdi zamanı orada yox idi.

İstinadlar Report