
“Hazırda ev şəraitində müalicə olunan çoxsaylı xəstələr var. Onlar infeksiya mənbələridir. Təcrid olmasa, ailədaxili yoluxanların sayı artır”.
Bunu Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bugünkü brifinqdə deyib.
O bildirib ki, vətəndaşlar bu xəstəlik haqda hələ də kifayət qədər məlumatlı deyillər: “Bir çox şəxs soyuqlama halı olan kimi dərhal xəstəxanaya müraciət edir. Gedib ağciyərlərini müayinədən keçirir. Müayinə zamanı məlum olur ki ciyərlərində heç nə yoxdur. O zaman həmin şəxs arxayınlaşır. COVİD- də ağırlaşma zamanı ciyərlərdə problemlər yaranır. Həkimlər də bəzən düzgün çıxış etmirlər. Xəstələri KT müayinəsi etdirirlər. Bəzən bu xəstəlik yüngül soyuqlama halı ilə müşahidə edilir”.