Bir çox insanlar məhdud maliyyə imkanları və qeyri-maddi resursları çərçivəsində abidələr yaradaraq ümumbəşəri dəyərlərə hörmətlərini formalaşdırırlar.

Çinli heykəltəraş Yuan Sikun bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunarkən, heykəltəraş Azərbaycanın ən nüfuzlu mədəniyyət xadimi – şair Nizami Gəncəvinin heykəlini yaratmalı olduğuna qərar verib.

“Nizami ilə Çin şairi Su Dunpo (1037-1101) arasında fərq 104 ildir, lakin onların düşüncələrində və hisslərində çox oxşar cəhətlər var. Nizami şeirləri sadəcə dolanışıq üçün deyil, inandığı ideallar naminə yazırdı. Bizim Su Dunpo da belə edirdi”, – deyə heykəltəraş bildirib və əlavə edib ki, bu baxımdan onlar çox oxşardırlar.

“Bəşəriyyətin qabaqcıl ideyaları bir millət tərəfindən deyil, bütün bəşəriyyət üçün ümumi sərvət kimi yaradılır. Ona görə də Çaoyan parkında bu keçmiş müdriklərin büstlərini qoydum. Mən istəyirəm ki, Çin uşaqları bilsinlər ki, dünyadakı qabaqcıl ideyalar bir millətin sərvəti deyil, onlar ümumidir və bu müdriklərdən səylə öyrənmək lazımdır”, – deyə o bildirib.

İstinadlar Report