Çinin Şençjen şəhərinin sakininin sol gözü bütün gecə smartfonda oynadığı üçün kor olub. Bu haqda “Daily Mail” yazıb.

Məlum olub ki, həddən artıq gərginlik nəticəsində kişinin gözündə damar partlayıb və bu da qanaxmaya səbəb olub. Zərər çəkmiş artıq əməliyyat olunub.

Həkimlər xəstənin görmə qabiliyyətinin 1 ay sonra bərpa olunacağını bildiriblər.

İstinadlar ict news