Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qırıntıları Hind okeanındakı Maldiv adaları yaxınlığına düşüb.

Bu barədə Çin Kosmik Mühəndisliyi Ofisinin açıqlamasında bildirilib.

Məlumata görə, bu il aprelin 29-da kosmosa buraxılan raketin qırıntılarının böyük bir qismi atmosferdə yanaraq Hind okeanına düşüb.