Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 8,7 min əhalisi olan Nepal şəhəri Lobuçedən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

İstinadlar Report