Bu ilin yanvar-noyabr aylarında Çinin neft və təbii qaz idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,1 % və 8,5 % çox olub.

Bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Hesabat dövründə Çin 1 il əvvələ nisbətən 8,1 % az – 307,968 milyard ABŞ dolları dəyərində 515,648 milyon ton, o cümlədən noyabrda 27,55 milyard ABŞ dollar dəyərində 42,445 milyon ton neft idxal edib. Hesabat dövründə ölkənin təbii qaz idxalı isə illik müqayisədə 8,9 % az – 56,9 milyard dollar dəyərində 107,39 milyon ton, o cümlədən noyabrda 5,78 milyard dollar dəyərində 10,95 milyon ton olub.

İstinadlar Report