
Çinin CNOOC milli neft korporasiyasının keçmiş baş direktoru Li Yun rüşvət almaqda ittiham edilib.
Bu barədə ölkənin Ali Xalq Prokurorluğu bu gün məlumat yayıb.
“Li Yun üçüncü şəxslərin maraqları naminə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda maliyyə və maddi dəyərlər şəklində rüşvət almaqda ittiham olunur”, – agentlik bildirib.