Çinin mərkəzi Hunan vilayətində daşqınlar nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.

Bu barədə “Sina” informasiya portalı məlumat verib.

Yerli KİV-in yazdığına görə, daşqınlar vilayətin 10 şəhəri və 76 mahalına təsir edib.

Zərər vurulan əkinə yararlı torpaqların sahəsi 187,4 min hektara çatıb. Birbaşa iqtisadi zərərin məbləği 5,31 milyard yuan (təxminən, 780 milyon dollar) səviyyəsində qiymətləndirilir.

İstinadlar Report