Çinin Mərkəzi Bankı ölkənin maliyyə təsisatları üçün birillik, ortamüddətli kreditlərin faiz dərəcəsini 10 bənd azaldaraq, 2,85% səviyyəsində saxlayıb. Bu, sözügedən kredit mexanizmi üçün faiz dərəcəsinin 2020-ci ilin aprel ayından sonra ilk azaldılmasıdır.

7 illik repo üzrə faiz dərəcəsi də 10 bənd aşağı salınıb və 2,1% səviyyəsində saxlanılıb.

Bundan başqa, Çinin Dövlət Statistika Bürosu ölkənin 2021-ci il üçün iqtisadi göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, Çinin illik ÜDM-i 8,1% artıb.

İstinadlar Report