Yanvar-iyun aylarında Çin iqtisadiyyatının artım tempi 5%-ə çatıb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb.

Qeyd olunub ki, altı ayda Çinin ÜDM-i 61,68 trilyon yuanı (indiki məzənnə ilə təxminən 8,64 trilyon dollar) ötüb.

Kənd təsərrüfatı sektorunun dinamikası 3,5% (3,06 trilyon yuan və ya 429 milyard dollar), sənaye və xidmətlər sektorunda isə müvafiq olaraq 5,8% (23,65 trilyon yuan və ya 3,31 trilyon dollar) və 4,6% (34,96 trilyon yuan və ya 4,9 trilyon dollar) təşkil edib.

İkinci rübdə ölkədə ÜDM-in artım tempi 4,7 faiz olduğu halda, yanvar-mart aylarında bu göstərici 5,3 faizə çatıb.Ölkənin dünya iqtisadiyyatının artım tempinə töhfəsi təxminən 30% təşkil edir.

Yanvar-iyun aylarında Çin hakimiyyəti ölkədə adambaşına düşən nominal gəlirin illik 5,4% artaraq 20 733 yuana (cari məzənnə ilə 2 907 ABŞ dolları) qədər artdığını qeyd edib.

İstinadlar Report