Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi şirkətin qeyri-insanlığa qarşı siyasətinə zidd olan paylaşıma görə bağlanıb.

Bu barədə şirkətin dünənki açıqlamasında bildirilir.

Belə ki, səfirliyin hazırda silinmiş 8 yanvar tarixli paylaşımında “China Daily”də xəbər verilən bir araşdırmadan bəhs olunur. Bildirilir ki, hökumətin siyasəti nəticəsində uyğur qadınları “körpə istehsalı maşını” olmaqdan qurtulublar.

“Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin əhalisində baş verən dəyişkənliyi göstərən tədqiqat əhalinin ümumi keyfiyyətinin təkmilləşməsi ilə əhatə olunur”, – səfirlik tərəfindən tvitterdə qeyd olunub.

İstinadlar Report