Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb.

Sonda ifaçıların çıxışları dəyərləndirilib. Yekun nəticələrə əsasən, təmsilçimiz Çingiz Mustafayev finalçıların sırasına qoşulub.

Müsabiqənin finalı mayın 18-də baş tutacaq.