Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti pisləşib.

KİV Xalq yazıçısının vəziyyəti ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxlayıb.

O bildirib ki, hazırda yazıçının vəziyyəti yaxşıdır:

“Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.

X.Rza Çingiz Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.

Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxıldığı, ötən gün isə halının yenidən pisləşdiyi bildirilirdi.

İstinadlar Qafqazinfo