Tatarıstanda həkimlər Çindən gələn üç nəfəri yüksək qızdırma ilə xəstəxanaya yerləşdiriblər.

Bu barədə “Rospotrebnadzor”dan (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə federal xidmət – red.) “TASS”a məlumat verilib.

“Onlar Çinin Sanya şəhərində olublar. Qızdırmaları mövcud olduğuna görə müayinə üçün xəstəxanaya yerləşdiriliblər. Üç nəfər evdən xəstəxanaya aparılıb. Bundan əvvəl şikayətləri olmayıb. Kəskin respirator virus infeksiyası diaqnozu qoyulub, sətəlcəm yoxdur”.

İstinadlar Report