Çin yeni kitabında müsəlman uyğurların əzabından bəhs edən Papa Fransiskə etiraz edib.

Xarici işlər nazirliyinin sözçüsü Cao Lician Papanı yalan danışmaqda ittiham edib, həqiqətləri yazmadığını bildirib.

XİN rəsmisi Çində insanların dini azadlıqlarının olduğunu qeyd edib.

“Bütün etnik qruplara mənsub insanların dini inanc azadlığı var və onlar bu haqqın dadını çıxarırlar”,- deyə Cao qeyd edib.

Qeyd edək ki, Papa Fransisk 1 dekabrda təqdim edəcəyi “Let us dream” kitabında uyğur türklərini inancları səbəbilə əziyyət çəkən etnik qruplar arasında salıb.

İstinadlar Qafqazinfo