Çinin şimal-qərbindəki Sinszyan-Uyğur muxtar vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər xəsarət alıb.

Yerli vaxtla saat 21:27-də Kaşqar dairəsində zəlzələ baş verib. Zəlzələnin episentri 16 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra seysmoloqlar səkkiz yeraltı təkan qeydə alıblar. Zəlzələ zamanı əsasən episentrin olduğu ərazidə yaşayan insanlar zərər çəkiblər. Həkimlər zərərçəkənlərə, o cümlədən 2 uşağa tibbi yardım göstərib. Yaralılardan biri ağır vəziyyətdədir.

İstinadlar Report