
Çinin mərkəzindəki Hunan əyalətinin kəndlərində torpaq sürüşməsi baş verib, nəticədə 8 nəfər ölüb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Sürüşmə Sinxuan-Dun Muxtar Dairəsinin Dousi kəndində qeydə alınıb. Nəticədə dörd yaşayış binası uçub, 8 nəfər itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatı zamanı itkin düşənlərin hamısını tapmaq mümkün olub, onlardan heç biri sağ deyil.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.