Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bunu Yunnan əyalətinin hökuməti açıqlayıb.

Bildirilib ki, qəza mayın 29-da əyalətin Moszyan qəsəbəsində baş verib.

Məlumata görə, partlayış su bəndinin havalandırma sisteminin təmizlənməsi zamanı olub. Axtarış-xilasetmə işləri başa çatıb.

Qəzanın səbəbi araşdırılır.

İstinadlar Report