Çinin CITIC Group (Çin Beynəlxalq Trast Sərmayə Korporasiyası) dövlət şirkətinin sabiq icraçı direktoru Jao Cinqven barəsində iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.

O, Hunan əyalətindəki Çanqşa Orta Xalq Məhkəməsində çıxarılan qətnamə ilə rüşvətxorluq və korrupsiya cinayətlərinə görə bütövlükdə 18 il həbs cəzasına və 3,2 milyon yuan (495 min dollar) məbləğində cəriməyə məhkum edilib.

Məhkəmə qərarına görə, müttəhim törətdiyi cinayətləri etiraf edərək peşman olduğu, qanunsuz ələ keçirdiyi vəsaitlərin hamısını təhvil verdiyi və istintaqa əngəl yaratmadığı üçün cəzası bir qədər yüngül olub.

İstinadlar Report