Çində insanın yüksək patogenli H5N1 quş qripi virusuna yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Honkonq səhiyyə orqanları məlumat yayıb.

Bildirilib ki, ölkənin cənubunda yerləşən Quansi-Çjuanq muxtar rayonunun Sinçjou şəhərinin 38 yaşlı sakini infeksiyaya yoluxub. Həmin şəxsin ev quşları ilə təmasda olduğu bildirilir. Xəstə xəstəxanada dünyasını dəyişib.

İstinadlar Report