Çində yüksək patogenli H5N6 quş qripi virusuna beş yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Honq-Konq səhiyyə orqanları məlumat yayıb.

İnfeksiya ev quşları ilə təmasda olan Sıçuan əyalətinin iki sakinini öldürüb. Çinin şərqindəki Zhejiang əyalətinin Hançjou şəhərinin sakini də virusa yoluxub. Onun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir.

Daha iki xəstə – cənub Quanksi Çjuanq Muxtar Bölgəsinin sakinləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstinadlar Report