Çinin cənub-qərbində yerləşən Sıçuan vilayətində yenidən H5N6 quş qripi epidemiyası baş qaldırıb.

Bu barədə məlumat Honkonqun səhiyyə departamentinin rəsmi saytında yerləşdirilib.

Bildirilib ki, Siçun mahalında üç nəfər quş qripinə yoluxub, onlardan biri, 51 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb.

Digər yoluxanlar 57 yaşlı və 66 yaşlı yerli sakinlər də xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyəti ağırdır.

İstinadlar Report