Çində qayığın aşması nəticəsində azı 5 nəfər ölüb.

Bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, hadisə mayın 23-də, axşam saatlarında baş verib. Hadisə zamanı həmçinin daha 13 nəfər itkin düşüb.

Məlumata görə, qəza zamanı qayıqda ümumilikdə 29 nəfər olub. Onlardan 11-i xilas edilib, həmin şəxslərə tibbi yardım göstərilib. İtkin düşən digər sərnişinlərin axtarışına başlanılıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

İstinadlar Report