Çində “Taobao” internet mağazası “Microsoft HoloLens” ilə birgə “Taobao MT Buy” adlı əlavə reallıq eynəyinin köməyi ilə alış-veriş etməyə imkan verəcək. Bu haqda “Xinhua” agentliyi məlumat verib.

Ehtimal ki, sözügedən eynək artıq cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlıq və rəyləri göstərəcək.

“Taobao” öz alıcılarının həyatını asanlaşdırmaq istəyən yeganə internet mağazası deyil. Məsələn, “Amazon” şirkəti artıq satıcısız işləyən ticarət şəbəkəsini istifadəyə verib. Müşahidə kameraları alıcılar tərəfindən rəflərdən götürülmüş lazımi məhsulları kassada verilən məhsul qəbzinə avtomatik əlavə edir.

İstinadlar ict news