
Ötən sutka Çində rekord sayda yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da 39 791 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 3 709-u simptomlu, 36 082-si isə simptomsuz qeydə alınıb.
Eyni dövr ərzində ölkədə bir nəfər sözügedən virusdan ölüb.
Beləliklə, Çində koronavirusa yoluxma hallarının sayı 271 159-a yüksəlib, ölənlərin sayı isə 5 233-ə çatıb.