Çində koronavirus infeksiyası və hökümətin virusla mübarizəsindən bəhs edən jurnalistlər naməlum şəkildə yoxa çıxmağa başlayıblar.

Çində koronavirus böhranı sadəcə sıravi insanlara deyil, həm də bununla bağlı araşdırma aparan jurnalistlərin fəaliyyətinə də zərbə vurub.

Hələ epidemiyanın başlanğıcında bununla bağlı məlumat yayan jurnalistlərdən hələ də xəbər yoxdur.

Bu jurnalistlərdən biri də Fan Bindir. Geyim mağazasında satış məsləhətçisi olan F.Bin Uhan xəstəxanasının qarşısında çəkdiyi videoda ən azı 8 meyit torbasının olduğunu söyləyib. Qırx dəqiqəlik bu video yayımlanandan 2 həftədən də qısa bir zamandan sonra itkin düşüb. Onun 15 gündür ki, harada olduğu məlum deyil. Yoxa çıxmadan öncə səlahiyyətli şəxslər onu yalan xəbər yaymaqda ittiham etmişdilər.

Epidemiya elanını verəndən sonra yoxa çıxan yeganə mətbuat nümayəndəsi Fan Bin deyil. Çen Suşi də itkin düşən jurnalistlər sırasındadır.

Ç.Suşinin ailəsi və yoldaşları onun karantin altına salınmasına məcbur edildiyinə inanırlar.

Oxumağa dəyər:   Rusiya benzin idxalını məhdudlaşdıra bilər

Suşi və Binin ortaq cəhəti hər ikisinin epidemiyanın episentrindəki xəstəxanalardan pasient və xəstə yaxınlarının vəziyyəti və rəsmilərin virusla necə mübarizə apardıqlarına dair görüntülərin yaymağı idi.

Xatırladaq ki, koronavirus infeksiyasına qarşı ilk xəbərdarlığı verən həkim ölüb.

İstinadlar Report