Çində kömür mədəni uçub.

“Report” TASS-a “China Daily” qəzeti məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Şensi vilayətində, Şenmu şəhərində, “Baiji Mini” şirkətinə məxsus “Liçzyaqou” kömür mədənində yerli vaxtla saat 16:30-da baş verib.

Vilayət administrasiyasının yaydığı məlumata görə, hadisə zamanı azı 19 nəfər həlak olub, daha 2 nəfər hələ də mədəndədir.

Hadisə zamanı yerin altında 87 nəfər olub. Onlardan 66-ı xilas edilib. Hazırda xilasedicilər 2 şaxtaçının axtarışlarını davam etdirir.

İnsidentlə bağlı təhqiqat aparılır, qəzanın səbəbləri müəyyənləşdirilir.

Daha əvvəl Çində şaxtada baş vermiş partlayışda azı 5 nəfər ölüb.

İstinadlar Report