Çində iki nəfər ildırım vurduqdan sonra sağ qalıb. İldırımvurma anı təhlükəsizlik kameraları tərəfindən çəkilib.

Görüntülərdə Çzinçjoudakı vağzalda iki nəfərin çətir altında gəzdiyini göstərir. Hadisədən əvvəl güclü yağış yağdığından səki daşları suya qərq olmuşdu. Zərbə zamanı ildırımın şüası yayılıb və çətirləri vurub, bundan sonra kişilər yıxılıb, amma dərhal ayağa qalxmağa çalışıblar.

Onların hər ikisi tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin biri xəstəxanaya yerləşdirilib. Hər ikisinin həyatı üçün təhlükə yoxdur.

İstinadlar Report